Türkiyənin məşhur Athena qrupunun solisti Gökhan Özoğuz yeni görünüşü ilə gündəmə gəlib.
Bizim.Media xəbər verir ki, illərdir narıncı saçları ilə tanınan müğənni bu dəfə saçlarını yaşıl rəngə boyadıb.
Sənətçinin yeni görünüşü sosial şəbəkələrdə diqqət çəkib. Onun imicindəki dəyişiklik ilk baxışdan pərəstişkarlarını təəccübləndirib.
Məlumata görə, Gökhan Özoğuz bu dəyişikliyə yemək sifarişi platformasının reklam kampaniyası üçün gedib. Şirkətin yeni vizual kimliyini tanıtmaq məqsədilə hazırlanan reklam çarxında müğənni də yer alıb.
Reklam filmi Martin Werner tərəfindən çəkilib. Kampaniyanın şüarı isə “İşin rəngi dəyişdi, sevdikləriniz dəyişmədi” olub.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
21:39 / 07.11.2026
Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi – Yeni görünüşü təəccübləndirdi
Hazırda oxunan: Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi – Yeni görünüşü təəccübləndirdi
Hazırda oxunan: Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi – Yeni görünüşü təəccübləndirdi
646557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































