Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya çempionatında Azərbaycan millisinin aktivinə daha bir medal yazılıb.
Bizim.Media xəbər verir ki, tamblinq üzrə fərdi proqramda mübarizə aparan milli komandamızın üzvü Tofiq Əliyev final mərhələsində uğurlu çıxış nümayiş etdirərək 29.700 xal toplayıb və Dünya çempionatının gümüş medalını qazanıb.
Bu nəticə Tofiq Əliyevin karyerasında xüsusi əhəmiyyət daşıyır. Belə ki, gimnastımız fərdi proqramda ilk dəfə Dünya çempionatının gümüş medalına sahib olub.
Gərgin mübarizə şəraitində keçən finalda Portuqaliya təmsilçisi Vasco Peso qızıl medal qazanıb, ABŞ təmsilçisi Kaden Braun isə üçüncü pillədə qərarlaşıb. Bununla da tamblinq üzrə təmsilçilərimiz üçün Dünya çempionatı həyəcanı başa çatıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
15:54 / 07.11.2026
Tofiq Əliyev dünya ikincisi oldu
Hazırda oxunan: Tofiq Əliyev dünya ikincisi oldu
Hazırda oxunan: Tofiq Əliyev dünya ikincisi oldu
646514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































