General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - Dosye

Hazırda oxunan: General-leytenant rütbəsi alan Zaur Rüstəmov kimdir? - Dosye

646495

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, general-mayor Zaur Rüstəmova general-leytenant rütbəsi verilib.
 

MÖVZU İLƏ BAĞLI: Prezident bu hərbçilərə ali hərbi rütbələr verdi - Adlar


Bizim.Media rütbə verilən hərbçi ilə bağlı bəzi məlumatları təqdim edir.

General-leytenant rütbəsinə yüksələn Zaur Zeynalabdul oğlu Rüstəmov 1975-ci il ildə İsmayıllının Kürdmaşı kəndində anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mənsubudur. Türkiyədə də hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlar arasında olub.

Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında  təyyarəçilərə öndərlik edib. 7 noyabr 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri komandanının müavini — Hava Döyüş komandiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, həmin Sərəncamla polkovniklər Elnur Əli oğlu Ələsgərliyə, Hikmət Rövşən oğlu Əliyevə, Telman Əsgər oğlu Hüseynova general-mayor rütbəsi verilib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin