Frankfurtda kütləvi iğtişaşlarda saxlanılanların 75 faizi xarici ölkə vətəndaşlarıdır

Hazırda oxunan: Frankfurtda kütləvi iğtişaşlarda saxlanılanların 75 faizi xarici ölkə vətəndaşlarıdır

646523

Almaniyanın Frankfurt şəhərində baş verən kütləvi iğtişaşlarda şübhəli bilinən şəxslərin təxminən 75 faizinin xarici ölkə vətəndaşları olduğu bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, hadisələrlə əlaqədar saxlanılan şəxslərin yalnız 25 faizinin Almaniya vətəndaşlığı var.

İğtişaşlar oktyabrın 31-də "Gen Z "  hərəkatının keçirdiyi etiraz aksiyalarından sonra baş verib. Axşam saatlarında gənclərdən ibarət qruplar mağazaları dağıdıb, yanğınlar törədib, polis əməkdaşlarına daş, fişəng və yandırıcı qarışıqlı butulkalar atıblar.

Hadisələr zamanı beş mağaza talan edilib, 54 nəfər saxlanılıb. Saxlanılanlar arasında 13 yetkinlik yaşına çatmayan şəxs də olub.

İğtişaşlar nəticəsində 180 polis əməkdaşı xəsarət alıb.

Saxlanılanlar arasında Suriyadan olan 18 yaşlı şəxs də var. O, silah mağazasından odlu silah oğurlamaqda şübhəli bilinərək həbsdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin