Konqo Demokratik Respublikasının şərqində silahlı hücum zamanı Ebola virusuna yoluxmuş xəstələr xəstəxanadan qaçmağa məcbur olublar.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, silahlı qruplaşmanın Şimali Kivu əyalətində yerləşən kəndə hücumu nəticəsində azı 33 nəfər öldürülüb. Hücum zamanı tibb məntəqəsi və bir neçə ev yandırılıb.
Təhlükəsizlik səbəbindən yaxınlıqdakı xəstəxanadan 180 xəstə təxliyə edilib. Onların arasında bir nəfərdə Ebola virusu təsdiqlənib, daha beş nəfərin isə virusa yoluxmasından şübhələnilir.
Həkimlər xəstələrin və virusla təmasda olan şəxslərin tibbi nəzarətdən kənarda qalmasının epidemiyanın yayılması riskini artıra biləcəyini bildiriblər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:08 / 07.11.2026
Xəstəxanaya hücum olub, Ebola xəstələri xəstəxanadan qaçıb
Hazırda oxunan: Xəstəxanaya hücum olub, Ebola xəstələri xəstəxanadan qaçıb
Hazırda oxunan: Xəstəxanaya hücum olub, Ebola xəstələri xəstəxanadan qaçıb
646568
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































