Xərçənglə bağlı yeni kəşf - Kimyaterapiyaya son verilə bilər

Hazırda oxunan: Xərçənglə bağlı yeni kəşf - Kimyaterapiyaya son verilə bilər

646513

Qlobal tibb ictimaiyyətində böyük əks-səda doğuran və ən çox oxunan yeni araşdırmalardan biri xərçəngin müalicəsi ilə bağlıdır.

Bizim.Media xəbər verir ki, beynəlxalq onkoloq-alimlər qrupu bədxassəli şiş hüceyrələrinin öz DNT-sini yenidən yazaraq müalicədən "qaçmaq" mexanizmini tam təfərrüatı ilə aşkar ediblər.

Tədqiqatlar göstərir ki, xərçəng hüceyrələri kimyaterapiya və immunoterapiya zamanı genetik strukturunu dəyişərək müqavimət qazanır və təkrar yaranma riskini artırır.
 
Alimlər bu genetik zənciri kəsən və xərçəng hüceyrələrinin müdafiə qabığını zəiflədən yeni molekulyar tərkib hazırlamağa müvəffəq olublar.
 
Yeni üsul sayəsində ən aqressiv şiş növlərinin belə mövcud dərmanlara qarşı həssaslığı 3 dəfə artır ki, bu da onkologiyada müalicə effektivliyini köklü şəkildə dəyişdirə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin