“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

Hazırda oxunan: “Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

646577

Yaponiyanın məşhur “Qodzilla” franşizasının yeni filmi ABŞ kinoteatrlarında böyük maraqla qarşılanıb.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, “Godzilla Minus Zero” filmi nümayişinin ilk günündə 14,7 milyon dollar gəlir əldə edib. Filmin ilk həftəsonunda ümumilikdə 31 milyon dollar qazanacağı proqnozlaşdırılır.

TheWrap nəşrinin məlumatına görə, film ABŞ-da 3 254 kinoteatrda nümayiş olunur. Onun ilk günkü gəliri 2023-cü ildə ekranlara çıxan “Godzilla Minus One” filminin eyni göstəricisini təxminən üç dəfə üstələyib. Əvvəlki film ilk həftəsonunda 11,4 milyon dollar qazanmışdı.

Bununla da “Godzilla Minus Zero” ABŞ kinoprokatında ilk həftəsonuna görə birinci yerə yüksələn nadir qeyri-ingilisdilli filmlərdən biri olub.

Filmin tamaşaçılar arasında da yüksək qiymətləndirildiyi bildirilir. Ekran əsəri CinemaScore platformasında “A” balı alıb. Rotten Tomatoes-da isə tənqidçilərin 90, tamaşaçıların 96 faizlik müsbət rəyini qazanıb.

Qeyd edək ki, yeni filmin əvvəlki ekran əsərinin ümumi gəlirini də ötüb-ötməyəcəyi maraqla gözlənilir.

“Godzilla Minus One” ABŞ kinoteatrlarında ümumilikdə 57,4 milyon dollar gəlir əldə etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin