Obama ilə Putin bu məsələdə razılığa gəldilər

Hazırda oxunan: Obama ilə Putin bu məsələdə razılığa gəldilər

43767
Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Barak Obama arasında telefon danışığı olub.

Moderator.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən axşam Vladimir Putin ABŞ prezidenti Barak Obamaya zəng edərək Ukrayna və Krım probleminin diplomatik həlli yollarını müzakirə edib.

Putin Ukraynanın müxtəlif bölgələrində baş verən özbaınalıq hallarını Obamanın diqqətinə çatdıraraq, beynəlxalq ictimaiyyətin dəstəyi ilə vəziyyətin sabitləşdirilməsini təklif edib.
Telefon danışığında Ukraynadakı vəziyyətin sabitləşdirilməsi istiqamətində Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri səviyyəsində konkret addımların müzakirə olunması ilə bağlı razılıq əldə edilib. Tərəflər Con Kerri ilə Sergey Lavrovun növbəti görüşünün növbəti həftənın əvvəlində Haaqada keçirilməsinə razılıq verilib.

Putin eyni zamanda Moldovada Dnestryanı Respublikanın da blokada vəziyyətində olduğunu Obamanın diqqətinə çatdıraraq deyib ki, blokada şəraiti burada yaşayan insanların həyat şəraitinə pis təsir edir. Putin Dnestryanı əyalətin də problemlərinin ədaləti həlli yolu ilə bağlı 5+2 formatında həllinin tərəfdarı olduğunu deyib.
Ağ ev rəhbəri isə Rusiyanı Ukraynaya qarşı təxribatlardan çəkinməyə çağırıb və Ukrayna sərhədlərində rus qoşunlarının sayının artmasından narahatlğını bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin