İrəvanla dostluğa qarşı çıxan iranlı din xadimi həbs edilib

Hazırda oxunan: İrəvanla dostluğa qarşı çıxan iranlı din xadimi həbs edilib

34070

 İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən azərbaycanlı din xadimi həbs edilib.

 APA-nın HRAZ-a istinadən məlumatına görə, höccətülislam Əbdüləziz Əzimi Qədim sentyabrın 18-də həbs cəzasını çəkməsi üçün Təbriz şəhərinin mərkəzi həbsxanasına salınıb.

 Qeyd edək ki, Ə.Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O, daha sonra, yəni 2013-cü il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb.

  Ə.Qədim din xadimi olduğundan, onun məhkəmə prosesi iyulun 1-də Təbriz Ali Ruhaniyyət Məhkəməsində baş tutub. Azərbaycanlı fəala qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq və icazəsiz aksiyada iştirak etmək ittihamları irəli sürülüb. Məhkəmə prosesi qapalı və vəkilsiz keçirilib. Ə.Qədim vəkillə təmin edilməyib. Azərbaycanlı din xadimi 7 ay 1 gün azadlıqdan məhrum edilib.

 Ə.Qədim əvvəllər də həbs edilib, hətta “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin