Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və eyni idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Eldəniz Qulamov müdafiəçisindən imtina etdiyini elan edib.
E.Qulamov bildirib ki, əvvəlki vəkil müdafiə hüququnu düzgün qurmadığı üçün ondan imtina edib. O da məlum olub ki, Qulamovun yeni vəkili də məhkəmə iclasında iştirak etmir.
Təqsirləndirilən Eldəniz Qulamovun yeni vəkilinin Faiq Nəcəfov olduğu bildirilib. Onun prosesdə iştirak etmədiyi müəyyən edilsə də, hansı səbəbdən gəlmədiyi məlum olmayıb. Hakim deyib ki, yeni vəkilə məhkəmənin vaxtı barədə məlumat verilsə də, o, prosesdə iştirak etmir. Hakim vəkillərin süründürməçiliyə yol verdiklərini deyib və xəbərdarlıq edib.
Daha sonra vəkilin iclasda iştirak etməməsinn səbəbini aydınlaşdırmaq üçün prosesdə qısa fasilə elan olunsa da, fasilədən sonra məlum olub ki, vəkil Naftalan şəhərindən Bakıya gəldiyini, hazırda Hacıqabul rayonunun ərazisində olduğunu deyib.
Hakim isə öz növbəsində bildirib ki, qanunvericiliyin tələblərinə görə növbəti dəfə vəkil məhkəmədə iştirak etməsə, məhkəmə təqsirləndiriləni dövlət hesabına vəkillə təmin edə bilər.
Növbəti proses noyabrın 25-nə təyin edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilənlərin hər birinin ayrı-ayrılıqda 12 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.
Qeyd edək ki, adı çəkilən şəxslər bir milyon manata yaxın dövlət vəsaitini mənimsəmədə ittiham olunurlar.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onların barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tanınıb. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:00 / 11.11.2026
Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi
Hazırda oxunan: Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi
Hazırda oxunan: Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi
647187
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































