“Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir”.
Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
“Layihə müəyyən fəaliyyət sahələrində bir aydan az müddətə bağlanan əmək müqavilələri, habelə həftəlik iş vaxtı 20 saat və ya daha az olan işlər üçün saatlıq əməkhaqqı tətbiqini nəzərdə tutur. Minimum saatlıq əməkhaqqının minimum aylıq əməkhaqqından hesablanan saatlıq tarif maaşından yüksək müəyyən edilməsi təklif olunur.
Bu sistemin tətbiq olunacağı fəaliyyət sahələri Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəkdir. İlkin mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin əhatə olunması nəzərdə tutulur.
Təklif olunan dəyişiklik minimum əməkhaqqı institutunun daha çevik tətbiqinə, əməkhaqqı hesablamalarında şəffaflığın artırılmasına və beynəlxalq təcrübədə istifadə olunan yanaşmaların ölkəmizdə tətbiqinə imkan yaradacaq”, - deyə nazir müavini əlavə edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:48 / 11.11.2026
Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?
Hazırda oxunan: Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?
Hazırda oxunan: Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq?
647112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































