Nazir müavini: “Vergilərin 93%-i könüllü ödənilir”

Hazırda oxunan: Nazir müavini: “Vergilərin 93%-i könüllü ödənilir”

647113

"İqtisadiyyatın dayanıqlığının artırılmasında rəqəmsallaşmanın rolu xüsusi əhəmiyyət kəsb edir".

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov parlamentin komitələrinin bugünkü iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, dövlət xidmətlərinin rəqəmsallaşdırılması və iqtisadiyyatın “ağarması” sağlam rəqabət mühitinin formalaşmasına xidmət edir və konkret müsbət nəticələr verir:

"2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı iki dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə artmış, hazırda vergilərin 93%-i könüllü ödənilir. Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı təxminən iki dəfə artaraq ümumi müqavilələrin 56,5%-inə çatmışdır. Bu, həm də vətəndaşların sosial sığorta və pensiya təminatının genişlənməsi deməkdir".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin