Deputat: “Mediaya 14 milyon ayrılması ideoloji təxribatlara qarşı mübarizə qabiliyyətimizi azalda bilər”

Hazırda oxunan: Deputat: “Mediaya 14 milyon ayrılması ideoloji təxribatlara qarşı mübarizə qabiliyyətimizi azalda bilər”

647138

“Hər bir xalqın ideoloji təhlükəsizliyi üçün o xalqın ümumi imuniteti, onun mədəniyyətidir, tarixidir və bugünkü mərhələdə həm də informasiya mübarizələridir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Hikmət Babaoğlu parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Ötən illə müqayisədə mediyaya cəmi 14 milyon manatdan biraz çox pulun ayrılması, mənə elə gəlir ki, bizim ideoloji təxribatlara qarşı imunitetimizi ya da mübarizə qabiliyyətimizi bir qədər azalda bilər. Gələcəkdə bu şeylər nəzərə alınarsa, yaxşı olar”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin