Ukrayna və Rusiya Yeni ilədək razılığa gələcək? – Araxamiyadan açıqlama

Hazırda oxunan: Ukrayna və Rusiya Yeni ilədək razılığa gələcək? – Araxamiyadan açıqlama

647179

Ukrayna, Rusiya və ABŞ arasında keçirilən üçtərəfli danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Tərəflər Yeni ilə qədər müharibənin dayandırılması ilə bağlı həll yolu tapa bilərlər.

Bizim.Media xəbər verir ki, UNİAN-ın məlumatına görə, bunu Ukrayna Ali Radasında “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri və danışıqlar üzrə Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya bildirib.

Onun sözlərinə görə, əldə olunan irəliləyiş barədə hələlik açıq danışmaq mümkün deyil.

Yaxın vaxtlarda ABŞ nümayəndələri Moskvaya, daha sonra isə Ukrayna tərəfi ilə görüşmək üçün Dublinə səfər edəcəklər. Bundan sonra növbəti üçtərəfli görüşün tarixi açıqlanacaq.

Araxamiya danışıqların əsas nəticələrindən birinin genişmiqyaslı hərbi əsir mübadiləsi barədə razılıq olduğunu bildirib. Onun sözlərinə görə, bu, müharibənin başlanmasından bəri ən böyük əsir mübadilələrindən biri, hətta ən böyüyü ola bilər.

ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner isə bildirib ki, noyabrın 12-də Stiv Uitkoffla birlikdə Moskvaya gedərək Vladimir Putinlə görüşəcək, daha sonra Dublində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacaq.

Araxamiya noyabrın 10-11-də keçirilən görüşün 2022-ci ildən bəri iştirak etdiyi danışıqlar prosesində ən çətin görüşlərdən biri olduğunu da vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin