Bakıda avtobuslarda istilik sistemi ilə bağlı AYNA-dan açıqlama

Hazırda oxunan: Bakıda avtobuslarda istilik sistemi ilə bağlı AYNA-dan açıqlama

647174

Artıq bir neçə gündür ki, Bakıda küləkli və yağışlı hava şəraiti müşahidə olunur. Belədə ictimai nəqliyyatda istilik sisteminin işlək vəziyyətdə olması xüsusi əhəmiyyət daşıyır. Havanın temperaturunun aşağı olmasına baxmayaraq, bəzi marşrut avtobuslarında istilik sistemi hələ də işə salınmayıb. Sərnişinlərin şikayətlərinə əsasən, M8, 150 və 172 nömrəli marşrutlarda istilik sistemi aktiv deyil.

Bəs avtobuslarda istilik sistemlərinin işə salınması ilə bağlı daşıyıcılara müvafiq göstəriş verilibmi?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcı şirkətlərə istilik rejimi ilə bağlı göstərişlər verilib:

"AYNA tərəfindən daşıyıcılara payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərinin görülməsi barədə məktub göndərilib. Avtobuslarda istilik sistemlərinin saz vəziyyətə gətirilməsi tapşırılıb. Hazırda avtobusların salonunda temperatur rejimi hava şəraitinə uyğun olaraq tənzimlənir". (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin