Soyuq hava nə vaxta kimi davam edəcək?

Hazırda oxunan: Soyuq hava nə vaxta kimi davam edəcək?

647125

Bu gün Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 12-si səhər saatlarınadək hava şəraitinin əsasən yağıntılı keçəcəyi gözlənilir.

Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O bildirib ki, noyabrın 12-si gündüz və 13-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq və mülayim cənub-şərq küləyi əsəcək:

“Havanın maksimal temperaturunun 14-19 dərəcə isti olacağı gözlənilir. Eyni zamanda, bölgələrdə noyabrın 11-i və yaxın iki gün ərzində əsasən yağmursuz hava şəraiti olacaq, bəzi yerlərdə duman olacaq, qərb küləyi kəsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 15-20, dağlıq ərazilərdə isə 7-12 dərəcə isti təşkil edəcək”, - deyə G. Məmmədova qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin