Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldilər

Hazırda oxunan: Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldilər

647013

ABŞ, Ukrayna və Rusiyanın BƏƏ-dəki üçtərəfli danışıqlarının ilk gününün yekunlarına əsasən, yaxın vaxtlarda genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə etmək mümkün olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna mediası bu ölkənin danışıqlar qrupuna yaxın mənbələrə istinadən məlumat yayıb.

Razılaşmanın təfərrüatları hələlik açıqlanmayıb. Rusiya və Ukrayna arasında əvvəlki hərbi əsir mübadiləsi oktyabrın 23-də baş tutub.

Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqları keçirilib. Danışıqların birinci günü 4 saatdan çox davam edib. Üçtərəfli görüşün noyabrın 11-də davam etdiriləcəyi bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin