Dövlət büdcəsinin profisiti 4,8 milyard manatı ötüb

Hazırda oxunan: Dövlət büdcəsinin profisiti 4,8 milyard manatı ötüb

647101

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanın dövlət büdcəsində 4 milyard 808,2 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1% çoxdur.

Yanvar-oktyabr aylarında dövlət büdcəsinin xərcləri isə 28 milyard 761,4 milyon manat olub. Bu göstərici illik müqayisədə 3,8% artıb.

Beləliklə, hesabat dövründə büdcə gəlirləri xərcləri 4 milyard 808,2 milyon manat üstələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin