Kəndlinin istehsal etdiyi süd və yumurtaya da vergi qoyulacaq? - Video

Hazırda oxunan: Kəndlinin istehsal etdiyi süd və yumurtaya da vergi qoyulacaq? - Video

647107

Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının uçot sisteminə dəyişiklik edilir. Bundan sonra kəndlinin istehsal etdiyi hər litr süd və hər yumurta uçota alınacaq.

Yəni, təkcə satış üçün deyil, həm də öz şəxsi ehtiyacları üçün istifadə etdiyi məhsullar da nəzərə alınacaq. Lakin kəndliləri narahat edən bir məsələ var. Yeni uçot qaydası gələcəkdə vergi öhdəliyi yarada bilərmi?

Bizim.Media xəbər verir ki, İctimai TV mövzu ilə bağlı süjet hazırlayıb. 

“Biz kənddə yaşayırıqsa, toyuq da, heyvan da saxlamalıyıq, çünki bununla dolanırıq. Əlbəttə ki, 5 heyvan, iki toyuq saxlayacağam. Amma onun vergisini ödəməyə gücüm çatmaz, imkanım yoxdur”, - təsərrüfat sahibi Xuraman Sarıyeva bildirib. 

Ekspertlərin fikrincə isə bu məlumatların toplanmasında məqsəd iqtisadiyyatın idarə olunması ilə bağlı statistik göstəricilərin dəqiqləşdirilməsidir.

Daha ətraflı videomaterialda: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin