Sərhədi keçərək Ermənistanın Şaki kəndinə daxil olan azərbaycanlı hərbçi Nəsimi Musayev “İrəvan-Kentron” Penitensiar Müəssisəsində görünməmiş dərəcədə yaxşı şəraitdə saxlanılır.
Bizim.Media xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan mətbuat konfransında deyib.
Deputatın sözlərinə görə, azərbaycanlı hərbçinin qonşu kamerasında Ermənistanın ikinci prezidenti Robert Köçəryan saxlanılır. Lakin onun kamerasındakı şərait insanlığa yaraşmayan vəziyyətdədir.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun sentyabrın 26-sı xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılıb.
Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistan ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilib.
"Joxovurd" nəşrinin məlumatına görə, o, dindirmə zamanı heç kimə zərər vermək niyyətinin olmadığını bildirib:
“Musayev dindirmə zamanı deyib ki, erməni ailənin evinə daxil olarkən kiməsə zərər vermək niyyətində olmayıb. Qeyd edib ki, ev sahibindən onu buraxmasını bir neçə dəfə xahiş edib, lakin qadın onun silahından yapışdığından atəş açmağa məcbur olub. Bundan əlavə, Musayev yazılı şəkildə bildirib ki, ardınca qadın və onun ailə üzvləri hücum edib, bıçaqla zərbələr vurub və döyüblər”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:58 / 11.11.2026
Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır
Hazırda oxunan: Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır
Hazırda oxunan: Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır
647114
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































