Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - Foto

Hazırda oxunan: Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - Foto

647178

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Antalyada keçirilən COP31 Liderlər Sammitində iştirak edən dövlət və hökumət başçıları, eləcə də onların həyat yoldaşları ilə yaxından maraqlanıb.

Bizim.Media xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Əminə Ərdoğan rəsmi qarşılanma mərasimindən sonra qonaqlarla söhbət edib. Daha sonra Prezident Ərdoğan, həyat yoldaşı, sammit iştirakçıları və digər dəvətlilər açılış mərasimi üçün Anadolu zalına keçiblər.

Əminə Ərdoğan tədbir çərçivəsində aktrisalar Məryəm Üzərli, Tuğba Büyüküstün, Ceyda Ateş, Ava Yaman, aktyorlar Kərəm Bürsin, Barış Arduç, Bülent İnal, sərbəst dalğıc Şahika Ərcümən və keçmiş model Demet Şenerlə də görüşüb, tədbirdə iştiraklarına görə onlara təşəkkür edib.

Əminə Ərdoğan sosial şəbəkə hesabında paylaşım edərək COP31 sammitinin iqlim ədalətini əsas götürən, təbiətin qorunmasına üstünlük verən və qlobal əməkdaşlığa yeni təkan verən nəticələr ortaya qoymasını arzuladığını bildirib.

Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - Foto - foto 1
Əminə Ərdoğan COP31-ə gələn şəxslərə təşəkkür etdi - Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin