Penitensiar Xidmətdən qovulub həbs edildi - Təcridxanada keçmiş hərbçini aldatdı

Hazırda oxunan: Penitensiar Xidmətdən qovulub həbs edildi - Təcridxanada keçmiş hərbçini aldatdı

647093

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq əməkdaşı təcridxanada təqsirləndirilən şəxsə qarşı dələduzluq edib.

Bizim.Media xəbər verir ki, hadisə Penitensiar Xidmətin 1 saylı Bakı İstintaq Təcridxanasında baş verib.

Penitensiar Xidmətin Mühafizə Alayının 14-cü atıcı bölüyünün əməkdaşı olmuş Mahir Muradov (soyad şərtidir-red.) 2024-cü ildə xidmətdən xaric olunub və barəsində cinayət işi başlanılıb.

Mahir polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib, təqsirləndirilən şəxs qismində 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.

O, təcridxanada olarkən keçmiş hərbçi, hərbi cinayət törətməkdə təqsirləndirilən Ceyhun Məmmədovla tanış olub.

Mahir Ceyhuna bildirib ki, ona məhkəmədə günahsız olmasına yardım edə bilər. Hadisədən bir müddət sonra Mahirin barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.

Ceyhun Məmmədov onun məhkəmədə tanışı olduğuna inanıb və qardaşı ilə görüşməsini xahiş edib. Mahir azadlığa çıxandan sonra Ceyhunun qardaşı Turalla görüşüb və qardaşının məsuliyyətdən azad edilməsi üçün 10 min manat tələb edib. Tural isə bu məbləğə imkanı çatmadığını deyib və 6 min manata razılaşıblar. Mahir Turaldan 6 min manat alsa da, Ceyhunun həbsdən azad olunmasına kömək etməyib, aldığı pulu mənimsəyib. Turalın şikayətindən sonra Mahir yenidən saxlanılıb və barəsində cinayət işi başlanılmaqla həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib.

Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilib, tərəflər arasında barışıq əldə edilib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin