Astara rayonunda idarəetməni itirən “Qazel” aşıb.
Bizim.Media xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda baş verib.
Deqədi-Astara istiqamətində hərəkətdə olan marşrut “Qazel” Deqədi kəndi ərazisində aşıb. Qəza nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb. Xəsarət alanlar Astara və Lənkəran Rayon Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Qeyd edək ki, marşrutda 20-ə yaxın sərnişin olub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media




























































































