Məktəblər üçün texniki dəstək xətti fəaliyyətə başladı

Hazırda oxunan: Məktəblər üçün texniki dəstək xətti fəaliyyətə başladı

647177

Elm və Təhsil Nazirliyi ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verib.

Bizim.Media-ya bu barədə nazirlikdən məlumat verilib.

Dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər.

Müraciətlər ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələləri, elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinlikləri, ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələləri əhatə edəcək.

Qeyd edilib ki, yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin