“Bakının Xətai rayonunda çox sayda doqquzmərtəbəli binaların zirzəmiləri kanalizasiya suları ilə dolub. Həyətlərin abadlaşdırılmasına ehtiyac var”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, deputat Qüdrət Həsənquliyev parlamentin dörd komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, küçə itləri üçün sığınacaq tikilməsini təklif edib:
"Küçə itləri baş alıb gedir. Onlar üçün sığınacaq yaradılmalıdır. Təəssüf ki, bu məqsədlə vəsait ayrılmır və bu problem ciddi olaraq qalır, insanlarımızı narahat edir".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:59 / 11.11.2026
“Xətai rayonunda küçə itləri baş alıb gedir” – Deputat
Hazırda oxunan: “Xətai rayonunda küçə itləri baş alıb gedir” – Deputat
Hazırda oxunan: “Xətai rayonunda küçə itləri baş alıb gedir” – Deputat
647132
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































