Maldiv adaları İsrail pasportu daşıyan şəxsləri ölkəyə buraxmayacaq

Hazırda oxunan: Maldiv adaları İsrail pasportu daşıyan şəxsləri ölkəyə buraxmayacaq

647108

Maldiv adalarının prezidenti Məhəmməd Muizzu İsrail pasportu daşıyan şəxslərin heç bir halda ölkəyə buraxılmayacağını açıqlayıb.

Bizim.Media xəbər verir ki, Muizzu hökumətin parlamentə təqdim etdiyi qanun layihəsinin əvvəlki qadağadan fərqləndiyini bildirib.

Belə ki, əvvəlki qərar Qəzza zolağındakı müharibə dayanana qədər qüvvədə olmalı idisə, yeni qanun layihəsi şərtlərdən asılı olmayaraq İsrail pasportu daşıyanların ölkəyə girişini qadağan etməyi nəzərdə tutur.

Prezident Maldiv adalarının Fələstin xalqını dəstəklədiyini və bu mövqeyinin dəyişmədiyini vurğulayıb.

Qeyd edək ki, Maldiv adaları 2025-ci ilin aprelində İsrail pasportu daşıyan şəxslərin ölkəyə girişini qadağan etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin