Ərdoğandan Qəzza ilə bağlı mesaj: “Bu, zəiflik, acizlik və vicdansızlıqdır” - Video

Hazırda oxunan: Ərdoğandan Qəzza ilə bağlı mesaj: “Bu, zəiflik, acizlik və vicdansızlıqdır” - Video

647163

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzzada yaşayan insanların ağır vəziyyətinə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, bu barədə o, COP31 Liderlər Sammitinin açılış mərasimində danışıb.

Ərdoğan bildirib ki, son bir neçə gündə Qəzzadan ürəkağrıdan xəbərlər gəlir.

Sığınacaqların su altında qaldığını qeyd edən Türkiyə Prezidenti yüz minlərlə qəzzalının, o cümlədən uşaqların bu qış şəraitində valideynsiz yaşamaq uğrunda mübarizə apardığını deyib.

“Bu mənzərəni görən və bilən heç kim məsuliyyətdən yayına bilməz. Qəzzalı uşaqların faciəsi üzərindən güc nümayiş etdirmək zəiflikdir, acizlikdir, vicdansızlıqdır”, – deyə Ərdoğan vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin