Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

Hazırda oxunan: Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus

647171

Birbank Taksit kartı sahibləri noyabr ayında alış-verişlərindən əlavə 5% bonus qazana biləcəklər. Belə ki, 1–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kartı ilə 30 AZN və daha çox məbləğdə edilən həm birdəfəlik, həm də taksit ödənişlərinə əlavə 5% bonus təqdim olunur.

Kampaniya Birbank Taksit kartı istifadəçilərinə noyabr ayı ərzində alış-verişlərini daha sərfəli etməklə yanaşı, taksitli ödənişlərdən də bonus qazanmaq imkanı yaradır. Bu ayın endirim fürsətlərindən yararlanarkən Birbank Taksit kartı ilə alış-veriş edərək qazancınızı daha da artıra və kampaniya çərçivəsində əlavə 5% bonus qazana bilərsiniz.

Qeyd edək ki, kampaniya aylıq bonus kateqoriyası seçən və seçməyən bütün müştərilər üçün keçərlidir. Əlavə 5% bonus mövcud bonus kateqoriyalarından əlavə hesablanır. Kampaniya çərçivəsində bir müştərinin qazana biləcəyi bonusun maksimal məbləği 30 bonus təşkil edir.

Kampaniyadan yararlanmaq üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat üçün: //www.b-b.az/novcc 


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 15 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin