ABŞ-ın Los-Anceles şəhərinin Nort-Holivud rayonunda avtomobilin metro stansiyasının yaxınlığında küçə satıcıları və piyadaların olduğu izdihamın arasına girməsi nəticəsində 3 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə Los-Anceles Polis İdarəsi məlumat yayıb.
Bildirilib ki, SUV tipli avtomobil 6 piyadanı vurub. Qəza nəticəsində 3 nəfər hadisə yerində həyatını itirib, daha 3 nəfər ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Avtomobilin 60 yaşlarında olan sürücüsü də xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Polis sürücünün hadisə zamanı hər hansı maddənin təsiri altında olub-olmadığını müəyyənləşdirmək üçün müvafiq testlər keçirir.
Hadisə ilə bağlı araşdırma davam edir.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:56 / 11.11.2026
Los-Ancelesdə avtomobil izdihamın arasına çırpıldı: 3 ölü var
Hazırda oxunan: Los-Ancelesdə avtomobil izdihamın arasına çırpıldı: 3 ölü var
Hazırda oxunan: Los-Ancelesdə avtomobil izdihamın arasına çırpıldı: 3 ölü var
647094
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































