Ərdoğanın fon der Lyayeni salamlaması gündəm oldu: "Maşallah" - Video

Hazırda oxunan: Ərdoğanın fon der Lyayeni salamlaması gündəm oldu: "Maşallah" - Video

647185

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində liderlərin zirvə görüşünə gələn nümayəndələri qarşılayıb. Ərdoğan və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında salamlaşma gündəm olub.

Bizim.Media xəbər verir ki, Fon der Lyayenin əlini sıxan Ərdoğan onu ingilis dilində salamlayıb.

"Good morning, maşallah. How are you? (Sabahınız xeyir, maşallah. Necəsiniz?)", - deyə Rəcəb Tayyib Ərdoğan Ursula fon der Lyayenin əhvalını soruşub.

Von der Lyayen gülümsəyərək Ərdoğana qarşılıq verib.

"Çox yaxşıyam",- deyə o bildirib.

Qısa söhbətdən sonra onlar şəkil çəkdiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin