“Yerli icra hakimiyyətinin kənd nümayəndəlikləri ilə bağlı ötən ilin sonunda müvafiq qərar verilib. Cari ildə onun müvafiq əsasnaməsi təsdiq olunub”.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə dörd komitənin birgə iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bütün ölkə üzrə kənd icra nümayəndəliklərinin vahid ştat cədvəli təsdiq olunub:
"Vahid ştat cədvəlinə uyğun olaraq bütün kənd icra nümayəndəlikləri minimum üç nəfər ştatla təmin olunub, əhali sayı isə 10 mindən yuxarı olan nümayəndəliklərdə isə dörd ştat vahidi ilə təmin olunubdur. Yəni burada ciddi şəkildə hər hansı bir ştat azaltmasından söhbət getmir.
Ola bilər ki, hansısa kənd icra nümayəndəliklərində əvvəl də olmuş normativdən kənar artıq işçilər götürülüb. Hətta hazırda onun icra nümayəndəliyi artıq rayon icra hakimiyyətləri tərəfindən birbaşa nəzərə alındığına görə, ştat cədvəlləri tam şəkildə təqdim olunmuş nümunəvi ştat cədvəlinə uyğunlaşdırılır. Bildiyim qədərilə də bu uyğunlaşdırma artıq yekunlaşıb".
Qeyd edək ki, deputat Siyavuş Novruzov daha əvvəl çıxışında bildirib ki, regionlardakı icra hakimiyyəti və yerli icra nümayəndələrində də ixtisarlar aparılır:
"Yerli icra nümayəndəliklərində 4 nəfər işləyir, onun da ikisi ixtisar olunur. Kənd qalır iki nəfərin ümidinə. Burada yanaşma tərzi hansısa formada müəyyən olunmalıdır ki, heç olmasa, işi aparan olsun. Ən savadlı, işləyən həkimlər ya təcrübəsi az olduğundan, ya da qanunvericilikdə qeyd olunan imtiyazlı şəxslər siyahısına aid olmadığından ixtisar olunurlar".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:47 / 11.11.2026
Nazirdən yerli icra hakimiyyətlərindəki ixtisarlarla bağlı açıqlama
Hazırda oxunan: Nazirdən yerli icra hakimiyyətlərindəki ixtisarlarla bağlı açıqlama
Hazırda oxunan: Nazirdən yerli icra hakimiyyətlərindəki ixtisarlarla bağlı açıqlama
647142
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































