Yankoviç "Qarabağ"dan ayrılacaq? – Rəsmi cavab

Hazırda oxunan: Yankoviç "Qarabağ"dan ayrılacaq? – Rəsmi cavab

647133

Marko Yankoviç yaxın müddətdə "Qarabağ"ı tərk etməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Ağdam klubundan "Apasport"a məlumat verilib.

31 yaşlı futbolçunun komandadan ayrılacağı barədə yayılan xəbərlərin əsassız olduğu bildirilib.

Klub futbolçunun hazırda qüvvədə olan müqaviləsinin mövcudluğunu vurğulayaraq, onun gələcəyi ilə bağlı iddiaları təkzib edib:

“Marko Yankoviçin “Qarabağ” FK-dan ayrılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Futbolçunun klubumuzla qüvvədə olan müqaviləsi var. Hazırda transfer pəncərəsinin də açıq olmadığını nəzərə alsaq, bu xəbərlərin heç bir əsası yoxdur”.

Qeyd edək ki, son günlər mətbuatda “Qarabağ”ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviçin komandadan ayrılacağı ilə bağlı müxtəlif iddialar yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin