Pulsuz göz əməliyyatı şöbəsi daha hansı xəstəxanalarda açılacaq? - Rəsmi cavab

Hazırda oxunan: Pulsuz göz əməliyyatı şöbəsi daha hansı xəstəxanalarda açılacaq? - Rəsmi cavab

647160

Azərbaycanda göz xəstəliklərinin müalicəsi və cərrahi əməliyyatlardan ödənişsiz yararlanmaq imkanları yaradılır. Belə ki, Xətai Tibb Mərkəzində yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsinin fəaliyyətə başlaması bu istiqamətdə atılan addımlardan biri kimi qiymətləndirilə bilər. Lakin ölkədə göz xəstəliklərindən əziyyət çəkən müxtəlif yaşlarda insanların çoxluğunu nəzərə alsaq, belə şöbələrin digər tibb müəssisələrində də yaradılıb-yaradılmayacağı gündəmə gəlir.

Bakının daha hansı xəstəxanalarında, yaxud Azərbaycanın digər iri şəhərlərində göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlaya bilər?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-ya verilən məlumata görə, hazırda Yeni Klinika, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sumqayıt Tibb Mərkəzi, Şəki, Masallı və Qəbələ rayon mərkəzi xəstəxanaları, eləcə də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında göz xəstəliklərinin müalicəsi üzrə planlı tibbi xidmətlər fasiləsiz şəkildə göstərilir. Lakin digər tibb müəssisələrində də Xətai Tibb Mərkəzindəki kimi şöbənin yaradılması ilə bağlı hər hansı tələb və ya təklif daxil olmayıb.

Gələcəkdə belə bir ehtiyac yarandığı təqdirdə, məsələ müvafiq qaydada nəzərdən keçiriləcək.

Qeyd edək ki, Xətai Tibb Mərkəzinin yeni açılan Göz xəstəlikləri və cərrahiyyə şöbəsində xidmətlərin ödənişsiz göstərilməsi yalnız icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmət və əməliyyatlara şamil olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin