"Ümumilikdə növbəti ildə həm rayonlarda, həm Bakıda abadlaşdırma üçün 640 milyon manata qədər vəsait nəzərdə tutulubdur. Rayonlarda binaların təmirinə səhv etmirəmsə, təqribən 60 milyon ətrafındadır.
Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisdə dörd komitənin birgə iclasında 2027-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.
O bildirib ki, müvafiq qurumlar prioritetlik əsasında bunun icrasına baxmalıdırlar:
"Bunu da vurğulayım ki, dövlət büdcəsi hazırlanan zaman investisiyayönümlü, xüsusilə dövlət investisiya proqramı tipli vəsaitlər ümumi vəsait olaraq müəyyən edilir. Çünki o layihələr cari ilin sonuna qədər icra olunan layihələrin dəqiqləşməsindən sonra növbəti il üzrə həmin layihələr üzrə vəsaitlərin bölgüsü aparılır. Təqribən 400-dən artıq layihə Böyük Qayıdış proqramında olur, təqribən bir o qədər də layihə dövlət investisiya proqramında olur. Yəni ilə 700-800 əhəmiyyətli investisiya layihələri bizim dövlət qurumlarımız tərəfindən həyata keçirilir.
Siz – millət vəkilləri dövlət büdcəsi layihəsinə dəstək verdikdən - rəqəm olaraq 5,3 milyardı təsdiq etdikdən sonra Maliyyə və İqtisadiyyat nazirlikləri növbəti ilin dövlət investisiya proqramının yekun versiyasını hazırlayaraq təsdiq üçün hökumətə təqdim edəcəklər. Artıq konkret investisiya layihələri, konkret hansı rayonda nə iş görüləcəyi, hansı məktəblər tikiləcəyi, hansı rayonda qaz çəkiləcəyi, hansı rayonda kanalizasiya işlərinin yekunlaşdırılacağı həmin proqramın predmetidir. Ona görə də əgər bununla bağlı istənilən məsələ varsa, profil qurumlarına müraciət edə bilərsiniz".
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:03 / 11.11.2026
Bakı və rayonlarda abadlaşdırma işlərinə 640 milyon manat ayrılacaq
Hazırda oxunan: Bakı və rayonlarda abadlaşdırma işlərinə 640 milyon manat ayrılacaq
Hazırda oxunan: Bakı və rayonlarda abadlaşdırma işlərinə 640 milyon manat ayrılacaq
647145
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































