Qaranlığa qərq olmuş Bakı-Sumqayıt yolu təhlükə saçır – Video

Hazırda oxunan: Qaranlığa qərq olmuş Bakı-Sumqayıt yolu təhlükə saçır – Video

647166

Avtoqəzalar əksər hallarda sürücü məsuliyyətsizliyi səbəbilə baş verir. Amma sürücüləri buna təşviq edən səbəblər də var.

Məsələn yolların işıqlandırılmaması...

Yolların normal işıqlandırılmaması sürücülərin görmə qabiliyyətini zəiflədir, reaksiyalarını əngəlləyir.

Ən pisi də odur ki, yüksək sürətli olan yolların işıqlandırılmaması qəzalara daha ağır olmasına şərait yaradır.

Məsələn Bakı-Quba magistral yolunun Sumqayıta qədər olan hissəsinin bir çox əraziləri gecə işıqlandırılmır. Halbuki həmin ərazilərdə sürət həddi əsasən 90 kilometrsaatdır.

Üstəlik, yolun sağ hissəsi əsasən sıradan çıxdığı üçün sürücülər tez-tez manevr etmək məcburiyyətində qalırlar. İşıqlandırılmayan yollarda manevr etmək, qarşıdakı əngələ tez reaksiya vermək isə hər sürücünün hünəri deyil.

Təsadüfi deyil ki, son zamanlar ən çox avtoqəzaların baş verdiyi ərazilərdən biri də Bakı-Sumqayıt yoludur.

Bəs sözügedən işıqlandırma problemi nə vaxt həllini tapacaq?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərdik.

Mövzunu diqqətdə saxlayacağıq.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin