Türkiyə ölkənin cənub-şərqindəki Qabar bölgəsində iki yeni yataqda təxminən 135 milyon barel neft aşkarlayıb. Bu ehtiyatların nəzəri dəyəri 12,4 milyard dollar qiymətləndirilir.
Bizim.Media xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Qazilər və Çardaqlı yataqlarında hasilata oktyabr ayında başlanılıb. Türkiyə 2027-ci ilin ikinci yarısında bölgədə gündəlik neft hasilatını 100 min bareldən yuxarı çatdırmağı planlaşdırır.
Hazırda Qabar bölgəsində 184 quyudan gündəlik 84 min barel neft hasil olunur. Yeni quyuların istismara verilməsi ilə onların sayının 230-a çatdırılması gözlənilir.
Bizim.Media

- A-
- A
- A+
Region
15:12 / 11.11.2026
Türkiyə 12,4 milyard dollar dəyərində neft yataqları aşkar etdi
Hazırda oxunan: Türkiyə 12,4 milyard dollar dəyərində neft yataqları aşkar etdi
Hazırda oxunan: Türkiyə 12,4 milyard dollar dəyərində neft yataqları aşkar etdi
647158
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































