Bağçasından dinozavrlardan əvvəl yaşamış amfibiyanın qalıqlarını tapdı

Hazırda oxunan: Bağçasından dinozavrlardan əvvəl yaşamış amfibiyanın qalıqlarını tapdı

647180

Avstraliyanın Yeni Cənubi Uels ştatında təqaüdçü Mixail Mixailidisin bağçasında 240 milyon ildən çox əvvəl yaşamış qədim amfibiyanın (suda-quruda yaşayan heyvanın) qalıqları tapılıb.

Bizim.Media xəbər verir ki, UNIAN-ın məlumatına görə, fosil (daşlaşmış qalıq – red.) 1996-cı ildə landşaft dizayneri Devid Kinq bağçada istinad divarı inşa edərkən daşların arasında təsadüfən aşkarlanıb.

Sonradan tapıntının əvvəllər elmə məlum olmayan qədim heyvan növünə aid olduğu müəyyən edilib.

Avstraliya Muzeyində saxlanılan fosili illər sonra paleontoloq Laçlan Qart doktorluq tədqiqatı çərçivəsində araşdırıb. Nəticədə heyvana Arenaerpeton supinatus adı verilib.

Alimlərin fikrincə, trias dövründə yaşamış bu amfibiyanın uzunluğu təxminən 1,2 metr olub. O, müasir Avstraliyanın Sidney hövzəsindəki şirin su çaylarında yaşayır və ehtimal ki, qədim balıqlarla qidalanırmış.

Tapıntının əsas xüsusiyyəti onun yaxşı qorunmasıdır. Fosildə demək olar ki, bütöv skelet, dəri konturları, eləcə də xüsusilə iri köpək dişlərinə bənzər dişlər aşkarlanıb.

Tədqiqatçılar bu fosili Avstraliyanın tarixdən əvvəlki irsinin ən mühüm nümunələrindən biri hesab edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin