“Azərbaycan 63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib.
Nazirin sözlərinə görə, 2029-cu ildə qiymətləndirilən şagirdlərin 80–90 faizi məktəbəhazırlıqdan gələn uşaqlar olacaq və bu, nəticələrə müsbət mənada böyük təsir göstərəcək.
"Nəticələrə görə, Azərbaycan ən yaxşı 50 ölkə arasındadır. Bakı isə ən yaxşı 30 iqtisadiyyat arasındadır. Ən yaxşı artım göstərən ölkələrdən biriyik".
Qeyd edək ki, PISA 2025 çərçivəsində Azərbaycan üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunması nəzərdə tutulub. Əvvəlki iki dövrdən fərqli olaraq bütün regionların prosesə daxil edilməsi ölkə səviyyəsində daha geniş məlumat əldə etmək baxımından mühüm addımdır.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:54 / 08.09.2026
Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”
Hazırda oxunan: Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”
Hazırda oxunan: Emin Əmrullayev: “63 ballıq artımla dünyada ikinci ən yaxşı nəticə göstərən ölkəyik”
635421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































