Bakı bu göstəriciyə görə dünyada 29-cu YERDƏDİR

Hazırda oxunan: Bakı bu göstəriciyə görə dünyada 29-cu YERDƏDİR

635418

“Bakı PISA 2025-də riyaziyyat nəticələrində irəliləyiş göstərib”.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib.

Nazirin sözlərinə görə, Bakı şəhəri riyaziyyat üzrə nəticələrini ən çox yaxşılaşdıranlardan biri olub.

"Reytinqdə ilk yerləri Sinqapur, Makao (Çin), Taybey (Çin), Yaponiya və Koreya tutur. Bakı şəhəri riyaziyyat üzrə 63 bal toplayaraq əvvəlki nəticəsi ilə müqayisədə irəliləyiş göstərib. Bakı bu göstərici ilə 29-cu yerdə qərarlaşıb. Azərbaycan isə 49-cu yerdədir.

Qeyd edək ki, PISA 2025 çərçivəsində Azərbaycan üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunması nəzərdə tutulub.

Əvvəlki iki dövrdən fərqli olaraq bütün regionların prosesə daxil edilməsi ölkə səviyyəsində daha geniş məlumat əldə etmək baxımından mühüm addımdır.

Fəridə,Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin