Bakıda hərəkətin intensiv olduğu yola oyuncaq nəqliyyat vasitəsi ilə çıxaraq həm özünün, həm də digər sürücü və piyadaların həyatı üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) yayıb.
Qeyd olunub ki, sözügedən şəxs 2001-ci il təvəllüdlü, Mirzəli soyadlı şəxsdir.
"Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür", - məlumatda bildirilib.
Vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər. Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:46 / 08.09.2026
Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO
Hazırda oxunan: Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO
Hazırda oxunan: Bakıda oyuncaq maşınla əsas yola çıxan şəxs müəyyən olundu - VİDEO
635417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































