Hava KƏSKİN DƏYİŞDİ - Yoluxucu virusların yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Hava KƏSKİN DƏYİŞDİ - Yoluxucu virusların yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

635401

Havaların kəskin dəyişməsi fonunda ölkə üzrə epidemioloji vəziyyət açıqlanıb.

Bizim.Medianın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki hazırda respublika ərazisində mövsümi respirator virus infeksiyalarına yoluxma hallarının kəskin artması ilə bağlı narahatedici göstərici qeydə alınmayıb.

Ölkə ərazisində epidemioloji vəziyyət daim nəzarət altındadır.

Əhali arasında respirator infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə peyvənd olunması, şəxsi gigiyena qaydalarına riayət olunması, qapalı məkanların mütəmadi havalandırılması, xəstəlik əlamətləri olan şəxslərin kollektivlərə getməməsi və həkim tövsiyələrinə əməl olunması tövsiyə edilir.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) bir sıra tövsiyələri:

- qripə qarşı peyvənd olunmaq;

- qapalı məkanları mütəmadi havalandırmaq;

- əl gigiyenasına və respirator gigiyenaya (öskürək/asqırma zamanı ağız-burnun örtülməsi) diqqət yetirmək;

- xəstəlik əlamətləri olan şəxslərin təmasları məhdudlaşdırması;

- qızdırma, öskürək, boğaz ağrısı, burun axması, halsızlıq zamanı vaxtında həkimə müraciət etmək və özbaşına müalicə aparmamaq;

- sağlam qidalanma və kifayət qədər maye qəbulu ilə orqanizmin müqavimətini dəstəkləmək.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin