Polis Balakəndə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR

Hazırda oxunan: Polis Balakəndə əməliyyat keçirdi – HƏBS EDİLƏN VAR

635390

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 29 yaşlı Elmar Gəncəliyev saxlanılıb.

Ondan rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 169 ədəd çətənə kolu və 21 kiloqramdan artıq narkotik vasitə aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb, E.Gəncəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin