Bakıda Yeni il konserti keçirilməyəcək

Hazırda oxunan: Bakıda Yeni il konserti keçirilməyəcək

39135

Ötən ildən fərqli olaraq bu il Bakı Bulvarında təmtəraqlı bayram konserti keçirilməyəcək. 

Bu barədə AzVision.az-a açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə hər hansı konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.

“Bu il Bakı Bulvarında xüsusi bayram konserti keçirilməyəcək. Yalnız atəşfəşanlıq olacaq. Bundan başqa Bakı Bulvarı hər il olduğu kimi bu il də bayrama hazırdır. Yolkalar qurulub, şaxta babalar fəaliyyət göstərir”.

N.Məcidov konsert proqramının keçirilməməsinin səbəbini açıqlamayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin