Bir neçə gün bundan öncə Moderator.az-a müsahibə verən eks müdafiə naziri Rəhim Qazıyevin söylədiyi bəzi fikirlər ətrafında müzakirələr davam etməkdədir. Eks müdafiə naziri müsahibəsində Müsavat Patiyasının Ali Məclis sədri, keçmiş deputat Arzu Səmədbəylinin onun köməkçisi vəzifəsində çalışdığını bildirib. Maraqlıdır, Arzu Səmədbəylini həmin dövrdə Rəhim Qazıyev özü köməkçi vəzifəsinə götürüb, yoxsa ondan öncə o həmin vəzifədə işləyimiş?
Moderator.az bu suala cavab almaq üçün Arzu Səmədbəyli ilə əlaqə saxlayıb.Müsavatçı deputat bu mövzu ətrafında bir
söz demək istəmədiyini bildirdi:
“ Mən Rəhim Qzıyevin heç bir açıqlamasına münasibət bildirmək
istəmirəm və bu mövzu barədə danışmaq fikrim yoxdur.”




































































































