“Təəssüf edirəm ki, Siyavuş Novruzovun arzusunu gözündə qoyacağam. Mən sabah Azərbaycana qayıdacağam”. Moderator.az xəbər verir ki, bunu Milli Şuranın vahid namizədi Cəmil Həsənli Meydan.TV-yə mnüsahibəsində bildirib. C. Həsənli deyib ki, onun Azərbaycandan nə indi, nə gələcəkdə heç hara getmək fikri yoxdur: “Mən öz xalqımın dəyişiklik arzusuna uyğun olaraq bu prosesdə iştirak etmişəm və davam edəcəyəm. Biz çağdaş dünyaya inteqrasiya olmalıyıq, seçki görüntüsü yaratmamalıyıq.
Siyavuş Novruzov kimi adamlar təsadüfi adamlardır. Normal bir hakimiyyətdə belə adamlar heç vaxt üzdə ola bilməzlər. Bunlar istedadsız, qabiliyyətsiz, təsadüf nəticəsində gəlib iqtidar partiyasında təmsil olunan adamlardır. Yəni YAP normal prinsiplər əsasında formalaşaydı, heç vaxt belə adamlar partiya rəhbərliyinə yüksələ bilməzdilər. Bunlar mühafizəçi səviyyəsində olan adamlardır. Nəinki Siyavuş, bu gün Azərbaycanın rayonlarının əksərinə rəhbərlik edənlərin böyük bir hissəsini bizim bəyənmədiyimiz sovet dövründə bu gün oturduqları binaya heç mühafizəçi də qoymazdılar. Bunlar rüşvət yığmaqdan başqa ayrı qabiliyyəti olmayan, öz xalqı ilə əsir götürülmüş kimi davranan insanlardır”.




































































































