CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

Hazırda oxunan: CENTCOM: ABŞ İranın dəniz blokadasını dayandırdı

620138

ABŞ Mərkəzi Komandanlığı İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırıldığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə CENTCOM-un yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, ABŞ Prezidenti tərəfindən verilən göstərişə uyğun olaraq, İran limanlarına və sahil ərazilərinə daxil olan və ya çıxan dəniz nəqliyyatına tətbiq edilən məhdudiyyətlər ləğv olunub.

"Birləşmiş Ştatlar prezidenti tərəfindən verilən göstərişə uyğun olaraq, İran limanlarına və sahil zonalarına daxil olan və ya oradan çıxan bütün dəniz nəqliyyatına tətbiq edilən blokada dayandırılıb. ABŞ Silahlı Qüvvələri artıq Fars və Oman körfəzlərində yerləşən İran limanlarına gedən və ya həmin limanlardan çıxan gəmilərin tranzitinə maneçilik törətmir. ABŞ tərəfindən hərbi blokadanın təmin edilməsinə yönəlmiş bütün tədbirlər dayandırılıb", - deyə açıqlamada bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin