ABŞ-da noyabrın 3-də keçirilən Konqresə aralıq seçkilərindən sonra respublikaçılar Nümayəndələr Palatasında yeni liderlərini müəyyənləşdiriblər. Bu vəzifəyə Cim Cordan seçilib. Senatda isə Con Thun lider vəzifəsini qoruyub.
Bizim.Media xəbər verir ki, demokratlara məğlub olan respublikaçılar qapalı səsvermə yolu ilə hər iki palatada yeni dövr üçün liderlərini müəyyən ediblər.
Ohayo ştatından olan və uzun illər partiyada müxtəlif vəzifələr tutan Cim Cordan Stiv Skalisi 106-ya qarşı 73 səslə geridə qoyaraq Nümayəndələr Palatasında respublikaçıların lideri seçilib.
Senatda isə respublikaçılar seçkilərdəki itkilərə baxmayaraq, Con Thunu lider vəzifəsində saxlamaq qərarına gəliblər. Cənubi Dakota ştatını təmsil edən senator partiyadaxili dəstək sayəsində yenidən bu vəzifəyə seçilib.
Qeyd edək ki, noyabrın 3-də keçirilən seçkilər əsasında formalaşan ABŞ Konqresinin 120-ci çağırışı 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:04 / 11.11.2026
ABŞ Nümayəndələr Palatasında respublikaçıların yeni lideri Cim Cordan oldu
Hazırda oxunan: ABŞ Nümayəndələr Palatasında respublikaçıların yeni lideri Cim Cordan oldu
Hazırda oxunan: ABŞ Nümayəndələr Palatasında respublikaçıların yeni lideri Cim Cordan oldu
647080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































