Almaniyanın avtomobil istehsalçısı Audi 32 ildir istehsal etdiyi lüks A8 sedan modelinin istehsalına son qoyub.
Bizim.Media xəbər verir ki, sonuncu avtomobil oktyabrın ortalarında Almaniyanın Nekarsulm şəhərindəki zavodun konveyerindən çıxıb. Şirkət A8 modeli üzrə fərdi sifarişləri isə 2026-cı il fevralın 18-də dayandırmışdı.
1994-cü ildə Cenevrə avtosalonunda təqdim olunan Audi A8 dörd nəsil ərzində istehsal edilib. Modelin satışları 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 14 faiz azalıb.
A8-in istehsalından boşalan istehsal gücü A5 Sedan və A5 Avant modellərinə yönəldiləcək. Audi-nin yeni flaqman modeli isə iyul ayında təqdim edilən Q9 lüks SUV avtomobili olub.
Şirkət A8 modelinin varisinin 2026-cı ilin sonlarına doğru təqdim edilməsini planlaşdırır.
Bizim.Media































































































