Naxçıvanın bu rayonunda taxıl sahəsi yandı - FOTO/VİDEO

Hazırda oxunan: Naxçıvanın bu rayonunda taxıl sahəsi yandı - FOTO/VİDEO

146464

Sədərək rayonunun Dəmirçi kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilmiş taxıl sahəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf əkin sahələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təxminən 0,5 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətrafdakı taxıl sahələri yanğından mühafizə olunub.

 



Naxçıvanın bu rayonunda taxıl sahəsi yandı - FOTO/VİDEO - foto 1
Naxçıvanın bu rayonunda taxıl sahəsi yandı - FOTO/VİDEO - foto 2
Naxçıvanın bu rayonunda taxıl sahəsi yandı - FOTO/VİDEO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin