Gələn il sosial müdafiə xərclərinə 4,9 milyard manat ayrılacaq

Hazırda oxunan: Gələn il sosial müdafiə xərclərinə 4,9 milyard manat ayrılacaq

645926

2027-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri 4,9 milyard manat proqnozlaşdırılır.

Bizim.Media xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, iki il ərzində sosial müdafiə və təminat xərclərində 2,2 milyard manatlıq artım nəzərdə tutulur.
 

Sahil Babayev digər sahələr üzrə xərclərin proqnozlarını da açıqlayıb. Belə ki, 2027-ci ildə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti üzrə xərclər 643 milyon manat təşkil edəcək. Bu, 2025-ci illə müqayisədə 115 milyon manat və ya 22 faiz çoxdur.


Mənzil və kommunal təsərrüfatı xərclərinin 335 milyon manat olacağı gözlənilir ki, bu da əvvəlki illə müqayisədə 3,9 faiz artım deməkdir.

Nazir qeyd edib ki, kənd təsərrüfatına ayrılacaq vəsait 1,4 milyard manat olacaq. Bu məbləğ 2025-ci illə müqayisədə 258 milyon manat və ya 23 faiz çoxdur. 2023–2027-ci illər üzrə beşillik dövrdə isə kənd təsərrüfatı xərcləri 432 milyon manat və ya 46 faiz artıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin